“Vest Hem” Deklan Raysı “Mançester Siti”yə satmayıb.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” qarşı tərəfə 90 milyon funt-sterlinq təklif edib. Ancaq “çəkiclilər” bunu qəbul etməyib.
Mənbə yazır ki, “Arsenal” da Raysı transfer etməkdə maraqlıdır. Tərəflər bir müddətdir danışıq aparırlar.
Yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 37 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

