Dünya futbolu

“Mançester Siti”nin futbolçusu “Barselona” yolunda

“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, icarə əsasında “Bavariya”da çıxış edən futbolçunun xidmətində “Barselona” da maraqlıdır. Münhen klubu oyunçunun 70 milyon avro qarşılığında satın alma hüququndan istifadə etməyəcək.

Kataloniya təmsilçisi isə 28 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. Tərəflər arasında yaxın vaxtda danışılqarın başlayacağı bildirilir.

Bu mövsüm Kanselo “Bavariya”nın heyətində 18 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43