06 İyul 2026
Dünya futbolu

“Mançester Siti”nin ulduzu “Real”a keçir?

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı ispaniyalı ilə “Real” maraqlanır. Madrid klubu yayda futbolçu üçün hərəkətə keçib.

Rodri 2024-cü ilin oktyabrında “Qızıl top”u qazandı. Yarımmüdafiəçi çarpaz bağın yırtılması səbəbindən demək olar ki, bütün mövsümü buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43