05 İyun 2026
Dünya futbolu

“Bavariya”nın müdafiəçisi Premyer Liqaya doğru

“Bavariya”nın mərkəz müdafiəçisi Kim Min-Jae klubu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, cənubi koreyalı futbolçuya İngiltərə klublarından təklif var.  O, “Çelsi” və “Nyukasl” komandalarının maraq dairəsindədir. 

28 yaşlı futbolçu bu mövsüm “Bavariya”nın heyətində 42 matçda iştirak edib və 3 qol vurub. Onun Münhen klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43