“Mançester Yunayted” yayda “Kristal Pelas”ın 26 yaşlı yarımmüdafiəçisi Ebereçi Ezeni transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik futbolçu üçün hərəkətə keçməyə hazırlaşır. “Kristal Pelas” onun transferindən 50 milyon funt-sterlinq qazanmağa ümid edir.
Ebereçi bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

