09 İyun 2026
Dünya futbolu

Mane Səudiyyə Ərəbistanı yolunda

“Bavariya”nın vingeri Sadio Mane ilə “Əl Əhli” maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu seneqallı oyunçunu Roberto Firmino transferindən sonra almaq istəyir. Mane ilə müqavilə imzalamaq klubun əsas hədəflərindən biridir.

Daha əvvəl futbolçu ilə “Əl-İttifaq” və “Əl-Nəsr”ın də maraqlandığı bildirilirdi.

2022/23 mövsümündə Mane “Bavariya”nın heyətində 38 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43