07 İyun 2026
Dünya futbolu

Mark Gehi üçün Premyer Liqada maraqlı yarış

“Kristal Palas”ın əsas müdafiəçisi Mark Gehiyə iki nəhəng klubdan təklif gəlib.

İdmanxeber.az xəbər verir ki, “Mançester Siti” və “Liverpul” 25 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

London təmsilçisi isə Gehini buraxmaq üçün azı 50 milyon avro tələb edir.

Xatırladaq ki, İngiltərə millisinin üzvü hazırkı klubu ilə müqaviləsini 2026-cı ilin iyununa qədər davam etdirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43