04 İyun 2026
Ölkə futbolu

Marko Yankoviçin durumu necədir?

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin durumu ciddi deyil.

İdmanxeber.az-ın məlumatına görə, monteneqrolu yarımmüdafiəçi Çempionlar Liqasının ilk turunda “Benfika” ilə oyunun 77-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.

Onun ayağına zərbə aldığı ancaq durumunun ciddi olmadığı bildirilir.

Yankoviçin tezliklə komandanın sıralarına dönəcəyi gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43