14 İyul 2026
Dünya futbolu

Markus Reşford gələcəyi ilə bağlı qərarını verdi

“Mançester Yunayted”in hücumçusu Markus Reşford gələcəyi ilə bağlı yekun qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Barselona”da oynamaq istəyir. O, Kataloniya klubundan gələcək təklifi dəyərləndirmək istəyir.

“Mançester Yunayted”in onun transferi üçün 40 milyon funt sterlinq (47,2 milyon avro) istədiyi barədə şayiələr yayılıb.

Reşford son mövsümdə icarə əsasında “Aston Villa”da çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43