Azərbaycan Premyer Liqasının XXII turunda “Kəpəz” “Sumqayıt”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Rauf Hüseynli, Məqsəd İsayev və Şakir Seyidov cəzalı olduğu üçün matçı buraxacaq.
“Sumqayıt”da isə Aleksandr Ramalinqom eyni səbəbdən oyunda forma geyinə bilməyəcək. Onunla yanaşı, Roi Kehat və Ronaldo zədəli olduqları üçün matçı kənardan izləyəcək.
Xatırladaq ki, qarşılaşma bu gün saat 14:30-da start götürəcək.

