Azərbaycan Kubounun 1/4 final mərhələsində “Sumqayıt” doğma meydanda “Zirə”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. “Sumqayıt”da zədəli futbolçular – Emil Mustafayev və Nsana Simon matçı kənardan izləyəcək.
“Zirə”də isə İbrahim Konate ilə İssa Cibrila komandalarına kömək edə bilməyəcək. Buna səbəb iki futbolçunun da zədəli olmasıdır.
Xatırladaq ki, “Sumqayıt” – “Zirə” oyunu saat 17:00-da start götürəcək.

