21 İyun 2026
Ölkə futbolu

Mehriban Əliyeva: “Sizinlə fəxr edirik!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə təbrik edib.

İdmanxeber.az xəbər verir ki, M.Əliyeva bu haqda sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda deyilir:

“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43