07 İyul 2026
Kateqoriyasız

Melo “Qalatasaray”a dönmək istəyir

Ötən mövsümün əvvəlində “İnter”ə transfer olunan sabiq “Qalatasaraylı” futbolçu Felipe Melo İstanbula dönmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, bu haqda “Lig TV” yazıb.

Bildirilir ki, braziliyalı futbolçu “cim-bom”a qayıtmaq istəyir. Rəhbərliyin bu çağırışa hansı reaksiya verəcəyi maraqla gözlənilir.

Növbəti mövsüm “Qalatasaray”a icarədə olan bir neçə futbolçu geri dönəcək. Bunlar arasında Bruma, Dzemaili, Salih Dursun və “İnter”ə yollanan Aleks Telyeş də var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43