“Əl-Əhli” Merih Demiral ilə müqaviləni uzadıb.
İdmanxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu türkiyəli müdafiəçi ilə anlaşmanı 2029-cu ilin yayına qədər yeniləyib.
Qeyd edək ki, “Əl-Əhli” Demiralı 2023-cü ildə “Atalanta”dan 17 milyon avroya transfer edib. 27 yaşlı futbolçu cari mövsümdə 16 matçda 1 qola imza atıb.

