Dünya futbolu

“Messi qayıdacaq”

“Barselona”nın ulduz futbolçusu Messi qərarını dəyişib.

İdmanxeber.com-un məlumatına görə, o, Argentina millisinə geri qayıdacaq.

“Messi qayıdacaq. O, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının qalibi olmaq istəyir”. “La Nacion” nəşrinin xəbərinə görə, bu sözləri adını gizli saxlayan Messinin sabiq komanda yoldaşı mediaya ötürüb.

Qeyd edək ki, Leonel sonuncu dəfə Argentina – Çili qarşılaşmasında forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43