28 İyul 2026
Dünya futbolu

“Messinin qayıtmasını istəyən ilk şəxs Leonun özüdür”

“İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets komandanın son matçlarında Lionel Messinin yoxluğundan danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı argentinalı əzələ yorğunluğuna görə klubun əvvəlki 4 oyununu buraxıb. İspaniyalı futbolçu bu durumu belə şərh edib:

“Messinin meydançaya qayıtmasını istəyən ilk şəxs Leonun özüdür. Sonra bizə, onun komanda yoldaşlarına gəlin. Axı biz onun nə qədər vacib olduğunu bilirik. Təəssüf ki, futbolda zədələrin baş verməsinə nəzarət etmək mümkün deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43