Kateqoriyasız

Metronun iş vaxtı uzadıldı – “Qarabağ”ın oyununa görə

FutbolPressAvropa Liqasının qrup mərhələsində bu gün Bakıda keçiriləcək “Qarabağ”-“Düdelanj”  oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə  “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin “Gənclik” stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43