06 İyun 2026
Dünya futbolu

“Milan”ın hücumçusu “Bavariya”ya keçə bilər

“Milan”nın hücumçusu Rafael Leau karyerasını Almaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı portuqaliyalı futbolçu ilə “Bavariya” maraqlanır. Keçən mövsümdə Leau 50 oyunda iştirak edib, 12 qol vurub və 13 məhsuldar ötürmə verib.

Onun “Milan”la mövcud müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalı onun qiymətini 75 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43