Kateqoriyasız

Milimiz üçün yeni rəqib

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda iki yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43