09 İyul 2026
İdman

Milli komandamızda yeni baş məşqçi

Yeniyetmə və gənc qız voleybolçulardan ibarət Azərbaycan komandalarının yeni baş məşqçisi müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasından idmanxeber.az-a verilən məlumata görə, yığmalar türk mütəxəssis Şahin Çatmaya tapşırılıb.

Qeyd edək ki, daha əvvəl türk mütəxəssis Ataman Güneyligil əsas millinin sükanı arxasına keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43