Kateqoriyasız

Azərbaycan Slovakiyanı son dəqiqə qolu ilə məğlub etdi

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Milan Obradoviçin komandası Bakıda Slovakiyanı qəbul edib. “Dalğa Arena”da keçirilən qarşılaşmada yığmamız 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupun ilk oyununda Lixtenşteynə uduzan (0:1) yığmamızın növbəti matçı sentyabrın 10-da “Dalğa Arena”da Gürcüstana qarşı olacaq.

6 sentyabr

Avropa çempionatı, II tur

20:30. Azərbaycan – Slovakiya – 2:1
Qollar: 
Barış Ekincier, 7 (1:0),  Lubomir Tupta, 82 (1:1), Barış Ekincier, 90+3 (2:1)
Baş hakim: Deyan Yakimovski (Şimali Makedoniya)
Bakı. “Dalğa Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43