Kişilərdən ibarət milli komandamızın baş məşqçisi, son illərdə gənclərdən ibarət (qızlar) milli komandanın baş məşqçisi olmuş Feliks Məmmədov dünyasını dəyişib.
İdmanxeber.com-un məlumatına görə, uzun sürən xərçəng xəstəliyindən əziyyət çəkmiş 79 yaşlı baş məşqçi bu gün səhər saatlarında dünyasını dəyişib.
Vida mərasimi Təzə Pir məscidində 13:00-15:00 aralığında olacaq. Əməkdar məşqçi köhnə qəbirstanlıqda dəfn olunacaq.
Allah rəhmət eləsin!

