Milli komanda

Millimizin Çexiyada açıq məşqinin vaxtı açıqlanıb

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Çexiya – Azərbaycan oyunu öncəsi təmsilçilərimizin iştirakı ilə olacaq mətbuat konfransı və açıq məşqin vaxtı açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən verdiyi xəbərə  görə, bu gün baş məşqçimiz Robert Prosineçki mətbuat nümayəndələrinin önünə çıxacaq.                                    

Xorvatiyalı mütəxəssis Bakı vaxtı ilə saat 22:15-də jurnalistlərin suallarını cavablandıracaq. Saat 22:45-də isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi start götürəcək. Mətbuat konfransı və açıq məşq Ostrava şəhərindəki Vitkovitse stadionunda keçiriləcək.

Qeyd edək ki, Çexiya – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43