Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
D qrupunun son turları çərçivəsində İslandiya ilə matç noyabrın 13-də “Neftçi Arena”da, Fransa ilə görüş isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.
Qeyd edək ki, millimiz seçmə mərhələdə İslandiya və Fransa ilə yanaşı, Ukrayna ilə də mübarizə aparacaq.

