18 İyul 2026
Ölkə futbolu

“Millimizin oyunçuları İspaniya klubuna keçə bilər”

“U-17 millimizin üzvü Məsud Əlişanlı hazırda İtaliyanın “Peruca” klubunun akademiyasındadır. Oradakı qaydaya görə, oyunçunun 18 yaşı tamam olmamış heç bir klubda çıxış edə bilmir. Bu səbəbdən də hələlik hazırlıqlarını akademiyada davam etdirəcək. Keçən ilin yayında bizdən 15 uşaq orada baxışda olmuşdu. Əlişanlı də daxil olmaqla 3 oyunçu bəyənilənlər arasında idi. Sadəcə, Məsudun 18 yaşının olmasını gözləyirlər. Bu müddətdə isə onu akademiyada hazırlayacaqlar. Yaxın gələcəkdə biz Məsudu “Peruca”, “Siena” və “Palermo” kimi klublarda görə bilərik”.

Bu sözləri idmanxeber.az saytına ölkənin aparıcı uşaq futbol məktəblərindən olan “European Football Academy”nin  (EFA) rəhbəri Vüsal Mustafayev deyib. O, daha bir neçə futbolçularının ölkəxaricinə yollana biləcəyini açıqlayıb:

“Daha üç futbolçumuz sentyabr ayından İtaliyaya gedəcək. Bunlarla yanaşı, artıq İspaniyada da danışıq apardığımız klublar var. Biz daha çox skautlarla, menecerlərlə davamlı görüşürük. Çünki onların əli olmasa, birbaşa kluba gedib çıxmaq olmur.

Bəzi klublarla görüşmələrimiz olub. Tam rəsmiləşmədəyi üçün adlarını çəkmək düzgün olmaz. Ancaq bu ay yekunlaşmalıdır. 5-6 uşaq var ki, İspaniyaya yollana bilər. Ancaq sırf başqa ölkədir deyə, göndərməyə tələsmirik. Hazırda onlara uyğun klubları seçməyə çalışırıq. Bunların içərisində U-17 millimizin üzvləri və 2008-c il təvəllüdlü uşaqlar var”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43