21 İyun 2026
Kateqoriyasız

Millimizin rəqibləri müəyyənləşdi – Avro-2024

Bu gün Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimində  Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. 

İdmanxeber.az-ın məlumatına görə,  yığmamız F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə birgə mübarizə aparacaq.

 

Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinin qruplarında ilk iki pilləni tutan milli komandalar birbaşa Avro-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43