Dünya futbolu

Millimizin üzvü qol vurdu, komandası darmadağınla qalib gəldi

Millimizin üzvü Rüfət Dadaşovun formasını geyindiyi "Kayserslauten" klubu Almaniyanın Cənub Regional Liqasında növbəti oyununa çıxıb.

Dadaşovun komandası doğma meydanda "Hassen Kassel"lə qarşılaşıb. Futbolçumuz bu oyunda 6:0 hesablı darmadağına sevinib. 

Dadaşov görüşün 81-ci dəqiqəsində meydana çıxıb. Elə oyundakı son nöqtəni də 90-cı dəqiqədə fərqlənən millimizin üzvü qoyub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43