İdman

Millimizin üzvü “Trabzonspor”da debüt oyunundaca qol vurdu (VİDEO)

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev bu gün “Trabzonspor”da rəsmi debüt edib.

İdmanxeber.com-un məlumatına görə, Ramil debüt oyunundaca yeni komandasında qol hesabını açıb. O, oyunun 64-cü dəqiqəsində meydana daxil olub. R.Şeydayev rəsmi debüt görüşündə komandasının 6-cı qolunu vurub. Millimizin hücumçusu 85-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Trabzonspor” – “Serhat Ardahanspor” matçı meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43