Ölkə futbolu

Millimizin üzvünün komandası “Borussiya”nı 7:0 məğlub etdi

Millimizin üzvü Toğrul Eratın komandası “Duysburq” yoxlama oyunu keçirib.

İdmanxeber.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, rəqib Mönxenqladbax “Borussiya”sının U-23 komandası olub.

Oyun “Duysburq”un rəqibini darmadağın etməsiylə bitib – 7:0. Futbolçumuz Erat start heyətində yer alıb və 66 dəqiqə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43