Dünya futbolu

Millinin baş məşqçi açıqlandı

Sergey Rebrov Ukrayna millisinin yeni baş məşqçisi olub

İdmanxeber.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası (UAF) məlumat yayıb. Bildirilir ki, 49 yaşlı mütəxəssis 2010-cu ilin avqustundan 2011-ci ilin aprelinə kimi Ukrayna millisinin məşqçilər korpusunda çalışıb.

Klub səviyyəsində o, “Dinamo”, “Əl-Əhli”, “Ferensvaroş” və “Əl-Ayn” klublarına rəhbərlik edib.

Rebrov futbolçu kimi “Şaxtyor”, “Dinamo”, “Tottenhem”, “Fənərbaxça”, “Vest Hem”, “Rubin” və “İrpin” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43