03 İyul 2026
Ölkə futbolu

Millinin hücumçusu “Səbail”də – RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumata görə, “dənizçilər” son mövsümü Fransanın “Sedan” komandasında keçirmiş hücumçu Aleksandr Ramalinqomla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Madaqaskar millisinin üzvü karyerası ərzində “Marinyan”, “Balajn”, “Ayaçço”, “Marinyan Cinyak”, “Bezye” (hamısı Fransa) “Virton” (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı futbolçu yığmada 8 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43