03 İyul 2026
Ölkə futbolu

“Qəbələ” Moldova klubuna qalib gəldi – YENİLƏNİB

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” klubu ilk yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gəlib.

“Termal otel”in məşq bazasında baş tutan qarşılaşma “qırmızı-qaralar”ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisindən qolları İlkin Qırtımov, Murad Musayev, Omar Hani və yeni transfer Osama Xalayla vurublar.

Qeyd edək ki, “Qəbələ” qonşu ölkədə daha iki görüş keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43