08 İyul 2026
Dünya futbolu

Modriç ərəblərin təklifini geri çevirdi

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Səudiyyə Ərəbistanı klublarından birinin təklifini geri çevirib.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, adı açıqlanmayan klub xorvatiyalı futbolçuya illik 30 milyon avro təklif edib.

Ancaq Modriç Madrid təmsilçisində qalmağa qərar verib.

37 yaşlı futbolçu 2012-ci ilin yayından “Real”da çıxış edir. Bu müddət ərzində o, komandanın heyətində 307 oyun keçirib və 25 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43