“Qarabağ”ın sabiq futbolçuları Musa Qurbanlı və Kadi Borges komandanın Çempionlar Liqasının I təsnifat mərhələsində “Linkoln”la cavab oyununa biganə qalmayıb.
İdmanxeber.az-ın məlumatına görə, hər iki oyunçu da sözügedən görüşlə bağlı sosial şəbəkə hesablarından paylaşım ediblər. Kadi oyunda öncə “uğurlar, qardaşlar” yazaraq, sabiq klubuna dəstək olub.
Qurbanlı isə matçdan sonra qələbə barədə paylaşım edib.


