“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov və “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl İsveçin “Yurqorden” klubunda dubl edən Musa Qurbanlının performansı münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, Çəlikəl və Sadıqov oyunçunun sosial şəbəkə paylaşımına rəy yazıb. “Qarabağ” rəsmisi sabiq oyunçusuna “fəxrimizsən”, “Qartallar”ın çalışdırıcısı isə “Allah sabit eləsin” deyə bildirib.
Xatrıladaq ki, millimizin hücumçusu “Yurqorden”in heyətində ötən tur “Degerfors”a qarşı oyunda (4:1) iki qol vurub, bir assist edib.



