Kateqoriyasız

Nazarovun qolu komandasına xal qazandırdı

Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilir.

İdmanxeber.as xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” doğma meydanda “Hanza” ilə heç-heçə edib – 2:2.

Nazarov da bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib. O, 45-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

31 turdan sonra 23 xal toplayan “Ersgebirge” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43