21 İyun 2026
Ölkə futbolu

“Neftçi” argentinalı futbolçunun transferini həll etdi – Bakıya gəlir

“Neftçi” Meksikanın “Kruz Azul” klubunda çıxış edən Auqusto Lotti ilə anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında baş tutan danışıqlar müsbət yekunlaşıb. Futbolçu qarşıdakı iki gündə Bakıya gələcək. Tibbi müayinədən keçəcək ön xətt oyunçusu ilə 1 illik müqavilə imzalanacaq.

Argentinalı futbolçu “ağ-qaralar”da icarə əsasında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43