20 İyul 2026
Ölkə futbolu

“Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atdı 

“Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” buna Misli Premyer Liqasının X turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etməklə nail olub.

Bakı təmsilçisi cari mövsüm çempionatda ilk böyükhesablı qələbəsini qazanıb.

Bu, “Neftçi”nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür.

Paytaxt klubu yalnız iki dəfə – 2009/2010 və 2015/2016 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb. Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43