Klublarımızın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “Sabah” II raund səddini keçsə, “Partizan”a (Serbiya) rəqib olacaq.
“Qəbələ” isə mübarizəni davam etdirməyi bacarsa, “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək.
“Neftçi” isə “Jelezniçar”ı məğlub edəcəyi təqdirdə, III raunddakı potensial rəqibi “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) oyununun qalibi olacaq
Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Bu mərhələnin oyunları 10-17 avqust tarixlərində baş tutacaq.

