06 İyun 2026
Kateqoriyasız

“Neftçi” daha bir futbolçunun gedişini açıqlamağa hazırlaşır

“Neftçi” daha bir futbolçusunun ayrılıq xəbərini açıqlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, söhbət Robert Bauerdən gedir.

Almaniyalı müdafiəçi ilə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb. 2024-cü ilin yayında komandaya cəlb olunan təcrübəli futbolçu ümidləri doğrultmadığından onunla bağlanmış müqaviləyə xitam veriləcək.

Qeyd edək ki, 30 yaşlı futbolçunun mövcud sözləməsi 2027-ci ildə başa çatmalı idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43