03 İyul 2026
Ölkə futbolu

“Neftçi” Polşada 4 yoxlama oyunu keçirəcək

“Neftçi” 2025/2026-cı illər mövsümü üçün hazırlığa start verir.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək. 

Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq. Komanda bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində keçiriləcək. Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcəyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43