Ölkə futbolu

“Neftçi”də Mutu ilə yollar ayrıldı – RƏSMİ

“Neftçi” baş məşqçisi Adrian Mutu ilə yolları ayırdığını rəsmən açıqlayıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Neftçi”nin yaydığı açıqlamada deyilir: “Neftçi” PFK Adrian Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar diləyir. Eyni zamanda, Klub Adrian Mutuya anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verir. 

Hazırda Azərbaycan Premyer Liqası və Kubokunda yüksək nəticələr uğrunda mübarizə aparan “Neftçi” PFK bu dövrdə bütün azarkeşlərini dəstək olmağa, komandanın ətrafında sıx birləşməyə çağırır”.

Qeyd edək ki, Adrian Mutu bu ilin yayından “Neftçi”ni çalışdırırdı. İyul ayında onunla 2 illik müqavilə imzalanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43