03 İyul 2026
Ölkə futbolu

“Neftçi”də yeni sponsor

“Maximus” MMC “Neftçi” Peşəkar Futbol Klubunun yeni sponsoru oldu.

İdmanxeber.az-ın məlumatına görə, bu mövsümdən şirkətin təbii mineral süfrə sularının zəngin mənbəyi olan Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşən, ecazkar təbiətə malik Qax rayonunda yerləşən istehsal sahəsində qablaşdırılan “Aqua Life” markalı mineral suları komandanın su təminatı qarşılayacaq.

Müqavilənin detalları haqqında və digər məsələlərlə əlaqədar yaxın günlərdə keçiriləcək imzalanma mərasimində ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43