05 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin danışıq apardığı məşqçi Bakıya gələ bilmir 

“Neftçi” Yuri Vernidubla anlaşa bilmədi.

İdmanxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis hərbi vəziyyətə görə ölkədən çıxış icazəsi ala bilmədiyi üçün Bakıya gələmir.

Vernidub yalnız 2026-cı il yanvarın 22-də – 60 yaşı tamam olanda ölkəni tərk edə bilər.

Bu səbəbdən “Neftçi” iki ay gözləmək istəmir və klub yeni baş məşqçi axtarışını davam etdirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43