05 İyun 2026
Dünya futbolu

“Fənərbağça”dan Talişka qərarı

“Fənərbağça” Talişka ilə yeni müqavilə barədə qərar verib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu 31 yaşlı yarımmüdafiəçiyə yeni sözləşmə təklif edib. Lakin braziliyalı futbolçu hələlik konkret cavab verməyib.

Onun müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.

Təcrübəli futbolçu bu ildən “Fənərbağça”nın heyətində çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43