04 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin futbolçusu əməliyyat olundu 

“Neftçi”nin çiynindən zədə almış futbolçusu Emil Səfərov əməliyyat olunub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçuda bazu oynağının təkrari çıxığı baş verib. Nəticədə o, İstanbulda artroskopik əməliyyat olunub.

Əməliyyatı uğurla başa çatan Səfərovun iki gün sonra Bakıya qayıdacağı, müalicə və bərpa prosesinə, təxminən üç aydan sonra isə məşqlərə start verəcəyi bildirilib.

Qeyd edək ki, E.Səfərov Misli Premyer Liqasının XXIX turunda, aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçda zədələnmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43