20 İyul 2026
Dünya futbolu

“Çelsi” 23 futbolçusunu satışa çıxarır

“Çelsi” növbəti mövsümlə bağlı radikal qərar qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu yayda 23 futbolçunu sataraq ən azı 500 milyon avro gəlir əldə etməyi planlaşdırır. Bununla da rəhbərlik klubun maliyyə durumunu yaxşılaşdırmaq niyyətindədir. 

Göndəriləcək futbolçuların siyahısında Nkunku, Fofana, Madueke, Joao Feliks, Mudrik, Çilvell, Mark Giu, Ris Ceyms, Disasi və Kepa yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43