13 İyun 2026
Ölkə futbolu

“Neftçi”də ciddi itkilər, “Sabah”da üzlər gülür – matça doğru

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Neftçi” səfərdə “Sabah”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”da vacib oyun öncəsi ciddi itkilər var. Bassala Sambu cəza səbəbindən, Rafael Quzzo, Emil Səfərov, Ryanosuke Ohori və Robert Bauer isə zədəli olduqları üçün komandaya kömək edə bilməyəcəklər.

“Sabah”da isə qarşılaşma öncəsi üzlər gülür. Belə ki, “bayquşlar”ın heyətində yalnız Amin Seydiyev zədəlidir. Komandanın heyətində başqa itki yoxdur.

“Sabah” – “Neftçi” maçtı bu gün saat 20:00-da start götürəcək. Tərəflər arasındakı ilk görüş “bayquşlar”ın qələbəsi ilə başa çatıb – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43