Kateqoriyasız

“Neftçi”nin ilk rəqibi müəyyənləşdi

“Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.

Idmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda iyunun 30-da “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın “Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, “ağ-qaralar” yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-dək Bakıda keçiriləcək. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandanın iyunun 20 və 25-də qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43