18 İyul 2026
Dünya futbolu

Neymar Braziliya klubuna qayıdır

“Əl-Hilal”ın hücumçusu Neymar 2025-ci ildə Braziliya çempionatına qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı futbolçu 2026-cı il dünya çempionatına hazırlaşmaq üçün  doğma klubu “Santos”a qayıtmaq istəyir. Məhz bu səbəbdən Neymar səudiyyəlilərlə 4 illik deyil, bir illik müqavilə imzalayıb.

Braziliyalının qayıtması ilə bağlı artıq “Santos”la əlaqə saxladığı da bildirilir.

Neymar 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Hazırda komandanın heyətində 3 oyunda bir qol vurmayıb və 2 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43